Bu il Ukraynada keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsinə Rusiyanı təmsil edən müğənni Yulii Samoylovoya buraxılmayacaq.
apa-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti Aparatının rəhbəri Aleksandr Tkaçuk bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti Y. Samoylovoyun Ukrayna ərazisinə girişinin qadağan edilməsi barədə sənəd hazırlayıb.
Sənəd 3 il ərzində Y. Samoylovoyun Ukrayna ərazisinə daxil olmasına qadağanı nəzərdə tutur. Buna səbəb müğənninin 2015-ci ildə Krımda konsertdə iştirak etməsidir.
Qeyd edək ki, Ukrayna Nazirlər Kabinetinin qərarına əsasən Krıma səfər etmək istəyən xaricilər bunun üçün rəsmi Kiyevdən xüsusi icazə almalıdır.
Xatırladaq ki, bundan əvvəl mediada Ukrayna Təhlükəsizlik Xidmətinin belə bir sənəd hazırladığı barədə məlumat yayılıb. Martın 20-də Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, təşkilatçılar Rusiyanın "Eurovision" Mahnı Müsabiqəsindəki təmsilçisinin əvəzlənməsini nəzərdə tutmayıb.
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































