Bu gün dünyasını dəyişən rejissor qısa müddət öncə ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olmuşdu.
Övladları ilə birgə efirə çıxan Şahin Zəkizadə ailəsi və xəstəliyi haqqında danışmışdı:
"Fatimə bu il 1-ci sinifə getdi. Xəstəlik dövründə məni yandıran bir şey oldu ki, məktəbin ilk günündə onun yanında olum. Gedə bilmədim. Şükürlər olsun ki, övladlarım yanımdadır. Onları tək qoymamışam. Mənə dəstək olan bütün insanlara təşəkkür edirəm. Tanımadığım o qədər insan mənə dəstək oldu ki, mesajların çoxunu heç oxuya bilmirdim. Sizin də bütün kollektivinizə təşəkkür edirəm. Bu xəstəliyə tutulanlar və təzəcə özündə kəşf edənlər çalışsınlar ki, həyatda tutuna biləcək bir şey tapsınlar. Müsbət notlara köklənsinlər".
Tanınmış rejissorun həyat yoldaşı Səbinə Zəkizadə verilişdə bunları söyləmişdi:
"Həkimlər müalicə edəndən sonra dedilər ki, xərçəngdir. Dünyam başıma yıxıldı. Çox qorxurdum. Şükür ki, hər şey yaxşı oldu. Buradan xalqımıza təşəkkür edirəm. Şahin bilir ki, onu çox sevirəm. Allah onu üstümüzdən əksik etməsin". (milli)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































