ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkəsindən mühacirlərin ABŞ-a girişinin qadağan edilməsi qərarı İranın Azərbaycan əsilli dünya şöhrətli müğənnisi Ququşu bu ölkəyə getməkdən saxlayıb. Londonda albom hazırlıqlarını davam etdirən Ququşun hüquqşünaslarından biri olan Soroş Şahramın verdiyi məlumata görə, vəkili Ququşa zəng edərək Amerikaya geri dönməməyi məsləhət verib.
"Ququş yaşıl kartı sahibidir və Birləşmiş Ştatlara geri dönməməsi barədə hüquq müşaviri ona xəbərdarlıq edib",- deyə Şahram "The Fader"ə bildirib. Fevral ayında Ququşun ABŞ-da konserti planlaşdırılıb. "Onun Amerikaya gedib-getməyəcəyi isə qeyri-müəyyən qalmaqdadır",- deyə Şahram əlavə edib.
Qeyd edək ki, 1979-cu ildə İranda baş verən islam inqilabından sonra bu ölkədə Ququşun həm müğənni, həm də kino aktrisası kimi fəaliyyətinə qadağa qoyulub. Ququş 2000-ci ildə ABŞ-a köçüb, sənətini orada davam etdirməyə başlayıb. İki ildən sonra onun "Qəribi Aşina" mahnısı BBC tərəfindən Orta Şərqin ən tanınmış mahnısı adını qazanıb.
Görünən odur ki, pop ikonu üçün tarix təkrarlanır. (musavat)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































