Nadir Qafarzadə ilə toy sahibi arasında qalmaqal: Pulu halal etmirəm

Nadir Qafarzadə ilə toy sahibi arasında qalmaqal: Pulu halal etmirəm

Xəzər" TV-də yayımlanan "5-də 5" verilişində müğənni Nadir Qafarzadə və toy sahibi arasında qalmaqal yaşanıb.

İfaçı bildirib ki, rayonlardan birində toya gedib və toyda iştirak saatını ev sahibi ilə 13:00-dan 19:00-dək razılaşıblar.

Onun sözlərinə görə, saat 19:00-da isə ev sahibi daha iki saat məclisi yola verməyi xahiş edib. Lakin Nadir həm özünün, həm də musiqiçilərinin yorulduğunu söyləyib.

Proqrama zəng vuran toy yiyəsi hadisəni belə nəql edib:

"Biz saat 13:00-dan 19:00-dək razılaşdıq. Amma o toyda daha 3 nəfər müğənni var idi. Məclisdə 2 minə yaxın insan iştirak edirdi. Hamı şahiddir ki, Qafarzadə cəmi 5 mahnı oxudu. Ona 12 min manat vermişdim. Saat 19:00-da Nadirə dedim ki, icazə versin, musiqiçiləri daha iki saat toyu yola versinlər. Bunun müqabilində ona pul da təklif elədim. Amma o, razılaşmadı, dedi ki, mənə sənin pulun lazım deyil, mənim pulum çoxdur. Mən musiqiçilərə verdiym pulu halal edirəm, amma Nadirə verdiyim pulu halal etmirəm".

Canlı efirdə bu sözləri eşidən müğənni əsəbiləşib və ev yiyəsinin yalan danışdığını bildirib. (axşam)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az