Azərbaycanın xalq artisti Canəli Əkbərovun avtomobilini Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cərimə meydançasına aparıblar.
Məlum olub ki, xalq artisti "Toyota-Prado" markalı, 90 -FZ- 171 dövlət nömrə nişanlı avtomobilini yol kənarında saxlayıb. Bununla da o, dayanma-durma qaydasını pozub. Cərimə meydançasına gələn xalq artisti qayda pozmasını etiraf edib. "Dayanma və durmanın cəriməsini ödədim, avtomobilimi müvəqqəti duracaqdan götürdüm. Sağ olsunlar, mənə çox hörmət etdilər" deyə Canəli Əkbərov bildirib.
Onu da qeyd edək ki, Canəli Əkbərovun avtomobilini ekavuator Dövlət Musiqili Teatrın yaxınlığından aparıb. Xalq artisti bildirib ki, həmin teatrda xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edirmiş. (atmosfer)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































