Çelentanonun sevgilisinin qeydiyyata düşdüyü mənzilin sahibi danışdı

Çelentanonun sevgilisinin qeydiyyata düşdüyü mənzilin sahibi danışdı
"Bizim razılığımız olmayıb"

Sayt əməkdaşı mənzilin sahibi Bəhmən Nəcəfovla əlaqə saxlayıb. Nəcəfov bildirib ki, o, hansısa italiyalı aktrisanın onun mənzilinə qeydiyyata düşməsindən xəbəri yoxdur. "Həmin mənzil İlhamə Nəcəfovanın adınadır. Nə onun, nə də mənim bu məsələdən xəbəri yoxdur.

Bəhmənin dediyinə görə, adətən qeydiyyat məsələləri mənzil sahibinin razılığı və məhkəmə vasitəsilə baş verir. "Biz nə razılıq vermişik, nə də məhkəməyə çağırılmışıq. Ola bilər ki, bizim razılığımız olmadan qeydiyyata salıblar. Belə məsələlərə Rusiyada tez-tez rast gəlmək olur. Amma bizim razılığımız olmayıb, bu dəqiqdir".

***

Rusiyada vətəndaşlıq almaq istəyən məşhur italiyalı aktrisa Françeska Rivelli (Ornela Muti) Moskvada azərbaycanlının evinə qeydiyyata düşüb.Rusiya KİV-ə istinadən məlumatına görə, yerli orqanlar onu Moskva şəhəri Qolyanovo rayonunda yaşayan Kərimov Səfa Qərib oğluna məxsus mənzildə qeydiyyata alıblar.

Həmin evdə hazırda başqa azərbaycanlı, Nəcəfov Bəhmən Mikayıl oğlu öz ailəsiylə yaşayır.

Məlumata görə, Muti bu mənzildə bir müddət qeydiyyatda olacaq. Vətəndaşlıq aldıqdan sonra yaşayacağı ünvanda qeydiyyata düşəcək.

Xatırladaq ki, Muti məşhur italyan aktyor Adriano Çelentano ilə uzun illər sevgili olub. (lent)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az