"Namiq mənə qarşı çox haqsızlıq edib. Bu, düzgün deyil. Özünüz bilirsiz ki, mala-mülkə bağlı insan olmamışam".
Bu sözləri xalq artisti Aygün Kazımova "Xəzər maqazin"ə açıqlamasında bildirib.
Sənətçi Namiq Qaraçuxurlunun qeyri-səmimi olduğunu söyləyib:
"O gün oxuyuram, deyirlər ki, Namiq Aygünə royal bağışlayacaq. O, mənə royal verməyəcək, royalımı qaytaracaq. Mənim əmlakımı ixtisara salırlar. Bağın yanında bir ev də var. Qarşıda layihələrim var, mən nə satacam? Namiq, sən mənim fikirlərimə don geyindirmək istəyirsən?
"Namiq və səmimiyyət", bunlar antonimdir. Həqiqət yaddan çıxmır. 8 il birlikdə ömür sürmüşük. Yəqin ki, bunu danmazsan. Sən dansan da, qonşuların danmaz. Namiqdən səmimiyyət gözləməyin".
Qeyd edək ki, müğənni eks-sevgilisi, meyxanaçı Namiq Qaraçuxurlunun bağını əlindən aldığını söyləymişdi:
"Bağ evimi Namiq əlimdən aldı. Bunu biz bərabər etmişdik, ona qismət oldu. O, elə həyasızdır ki, hər şeyimi əlimdən aldı".
Şəlalə
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































