"Toylar kralı" kimi tanınan müğənni Manaf Ağayev ilk dəfə olaraq öz həyatı üçün yazılmış mahnı ifa edib.
Mediainfo.az-a açıqlama verən ifaçı bildirib ki, "Daha yaşım o yaş deyil" adlı bəstəni ifa edərkən çox təsirlənib: "Hər bir insan kimi mənim də bu həyatda qazandıqlarım qədər itirdiklərim olub. Təbii ki, insan üçün həyatda ən pis itki insan itkisidir. Heç kimə bu itkini arzu etmirəm. Tanıyanlar bilir ki, mən dost üçün candan keçənəm. Yaxşı və pis günündə yanında olan biriyəm. Amma zamanla mənim dostluğuma naxələf çıxanlar da olub. Məhz bu gün təqdim etdiyim mahnıda az da olsa həyatda yaşadıqlarım əks olunub. Düşünürəm ki, bu mahnının mənim repertuarımda xüsusi yeri olacaq".
Qeyd edək ki, "Daha yaşım o yaş deyil" adlı bəstənin sözləri Rauf Sübhiyə, musiqisi və aranjimanı isə Rabil Səfərliyə məxsusdur.
Şəlalə
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































