Əməkdar artist Elza Seyidcahan ABŞ-da keçirilən prezident seçkilərindən danışıb
Ötən il Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərdə namizəd olmuş sənətçi Donald Trampı dəstəklədiyini bildirib:
"Ümumiyyətlə, siyasətdən uzaq insanam. Məncə, yaradıcı insanlar siyasətin dərinliklərinə varmazlar. Amma siz dediyiniz kimi, mən də deputatlığa namizəd olmuşam. Çox istərdim ki, Donald Tramp seçilsin. Biz müharibənin əleyhinəyik. Sülhməramlı insanın seçilməsini istədiyim üçün Klintonu dəstəkləmirəm, səsimi Trampa verirəm. ABŞ çox böyük dövlətdir, bütün xalqlara qapılarını açıblar. Azərbaycanla ABŞ-ın yüksək səviyyədə dostluq əlaqələri var. Bu il bizdə multikulturalizm ildirir, çox istərdim ki, Tramp seçilsin və mən də bu ad altında Amerikada bir konsert verim".
Xatırladaq ki, bir neçə dəqiqə öncə açıqlanan nəticələrə görə, Donald Tramp 274 nümayəndəyə çataraq ABŞ prezidenti seçilib.(ölkə.az)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































