"Bəzilərindən fərqli olaraq şou-biznesə qalmaqalla yox, sənətimlə gəlmişəm. Ona görə də yalnız səsimlə çoxlarına cavab verəcəm".
Mediainfo.az-ın məlumatına görə, bu sözləri azərbaycanlı müğənni Elmar Yunis deyib. O bildirib ki, şou aləmində bir çox tanınmış müğənnilərin səsi yoxdur:
"Heç kimə sirr deyil ki, şou aləmində səsi olmayan, qalmaqalla gündəmdə olan məşhurlarımız yetəri qədərdir. Hətta illərin sənətkarları, xalq artistləri qalmaqalla gündəmə gəlirlər. Onların bu addımı biz gənclərə mənfi nümunə olur. Mən bu sənətə gəldiyim gündən qarşıma bir məqsəd qoymuşam. Yalnız səsimlə öz sözümü deyəcəyəm. Elə ona görə də bəstəkar Muxtar Abseynovla işbirliyi qurmuşam. O bəstəkar kimi şou-biznesdə Aygün Kazımova, Röya Ayxan, Natavan Həbibi kimi məşhurlara hitlər yazıb. İndi də onlardan sonra mənə "Aman neynim" adlı mahnı bəstələyib. Düşünürəm ki, bu mahnı mənə uğur gətirəcək".
Şəlalə
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
































.jpg)















