Ərdoğan "Polad Ələmdar"ı tədbirinə niyə dəvət etməyib? - SƏBƏB

Ərdoğan "Polad Ələmdar"ı tədbirinə niyə dəvət etməyib? - SƏBƏB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur "Kurtlar vadisi" serialının Polat Alemdarı Necati Şaşmazı keçirdiyi tədbirə dəvət etməməsi ilə bağlı Pana Film şirkəti açıqlama yayıb.

"Pana Film"in məlumatında bildirilir ki, Necati Şaşmaz prezidentin iqamətgahında keçirilən Respublika günü ilə bağlı mərasimə səlahiyyətli şəxslər tərəfindən dəvət olunub.

"Lakin əvvəlcədən planlaşdırılan xaricə səfərə görə Şaşmaz mərasimdə iştirak edə bilməyib. Bu barədə prezidentin səlahiyyətli nümayəndələrinə də məlumat verilib. Yayılan xəbərləri Necati Şaşmaz haqqında son günlər sistemli şəkildə dərc edilən qaralama xarakterli xəbərlərin davamı kimi qiymətləndiririk. Bu xəbərləri yayan internet saytlarına hüquq çərçivəsində cavab veriləcək", - məlumatda deyilir.

Qeyd edək ki, "Pana Film"in Türkiyədə baş verən 15 iyul dövlət çevrilişinə uğursuz cəhddən 2 ay əvvəl "Kurtlar vadisi Darbe" adının patentini alması üzə çıxmasından sonra Necati Şaşmazın əleyhinə KİV-də müxtəlif məlumatlar yayılıb. Bunlardan biri Şaşmazın polis bölməsinə çağırılaraq ifadəsinin alınmasıdır.(baku.ws)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az