İşçilər şirkətin rəhbəri Anar Cəlilovun buna görə məsuliyyət daşıdığını deyiblər.
"8 aydır ki, əmək haqlarımızı ala bilmirik. Dəfələrlə Anar Cəlilova etirazımızı bildirmişik. Bizə deyir ki, "3 gündən bir gəlib 20 manatınızı alıb gedin. Sizə 2000 manatı birdəfəlik verən deyiləm". Onun 3 gündən bir təklif etdiyi 20 manatla nə etmək olar? Kirayədə qalanlarımız var. İşığın, qazın pulunu necə verək? Necə dolanaq 20 manatla?".
İşçilər "Çudo Peçka"nın müflis olduğunu da bildiriblər:
"Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsi çökmək üzrədir. Anar Cəlilov da çox yaxşı bilir ki, biznesi çökür. Ölkədən qaçmağa hazırlaşır. Ona görə də işçilərin əmək haqlarını verməyi düşünmür".
İşçilər bir neçə yerə şikayət edəcəklərini də deyiblər.
Qeyd edək ki, baş verənlərlə bağlı "Çudo Peçka" mağazalar şirkətinin sahibi Çingiz Cəlilovun oğlu Anar Cəlilov polis bölməsinə çağrılıb.
Xatırladaq ki, Anar Cəlilov müğənni Röyanın keçmiş həyat yoldaşı olub. (modern)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































