Maykl Ceksonun bacısı - Canet Cekson hamilə olduğunu açıqladıqdan sonra ilk dəfə görüntülənib.
50 yaşlı Cannetlə ərəb sevgilisi alış-verişdən çıxarkən paparatsilərin kameralarına tuş gəlib. 41 yaşlı qətərli milyarder Vissam Əl Manna ilə 2012-ci ildə evləndikdən sonra müsəlman olan müğənninin hicaba bürünməsi isə əsl sensasiya yaradıb.
Məlumat üçün bildirək ki, səhnədə seksual kostyumlar geyinən Cannet ilk dəfərdir ki ana olacaq. Albomları 100 milyondan çox satılan Cannet bütün zamanların ən yaxşı qadın solo ifaçılarından biri kimi qəbul edilir. Vissam Əl Manna ilə evlənməzdən əvvəl iki dəfə evlənən müğənni aprel ayında hamilə olduğunu öyrəndikdən sonra qastrol səfərlərini ləğv edib.
Hamilə olduğunu oktyabr ayına qədər gizli saxlayan müğənni "People" jurnalına poza verib və "Bu neməti verdiyi üçün Allaha şükür edirəm" deyib. (publika)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































