Müğənni məhbusla nikah bağlamasından danışdı: "Pərəstişkarım idi"

Müğənni məhbusla nikah bağlamasından danışdı: "Pərəstişkarım idi"

Cəsarətin varmı aşka" mahnısından sonra məşhurlaşan türk müğənni Gülay illər əvvəl ayrıldığı sevgilisinin geri dönməsinə mane olmaq üçün həbsxanada cəza çəkən, onun fanatı olan məhbusa ərə getdiyini açıqlayıb.

Qaynarinfo.Az AHT-yə istinadən bildirir ki, müğənni bunu Əməl Müftüoğlunun aparıcılıq etdiyi "360 Dərəcə Əməlcə" proqramında söyləyib.

"Şəffaf həyatım var, amma bu məsələ barədə danışmamağa üstünlük verdim. Həbsxanadakı məhbusa ərə getdim. Bir eşq vaqeəsidir bu. Bir adama çox alışmışdım. Amma onunla birlikdə olmağım yaxşı heç nə vəd etmirdi. Onu çox sevsəm də, ayrılmaq məcburiyyətində qaldım. Başqa birisinə də ərə getmək, onunla yaşamaq niyyətim olmadığı üçün həbsxanada cəza çəkən, pərəstişkarım olan məhbusla kağız üzərində nikaha girdim. Tamamən kağız üzərində bir nikahdı", - Gülay deyib.

Bu nikaha bir müddət sonra son verən müğənni Gülay iş adamı Serkan Borana ərə gedib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az