Anna Azərli Kremlin önündə... - Putinə evlilik təklif etdi

Anna Azərli Kremlin önündə... - Putinə evlilik təklif etdi

35 yaşlı tanınmış opera müğənnisi, aktrisa Anna Azərli Kremlin önündə Rusiya Federasiyası Prezidenti Vladimir Putin üçün mahnı oxuyub.

Müğənni prezidentə mahnı həsr edib və onunla evlənməyini xahiş edib. Müğənninin sözlərinə görə, o, prezidenti ilk dəfə 7 il öncə Drezdendəki konserti zamanı görüb. O gündən sonra prezidentə aşiq olub və Rusiyanın birinci xanımı olmaq arzusundadır. Anna Azərli bu hərəkəti ilə həm də anti-Rusiya sanksiyalarına etiraz etdiyini açıqlayıb:

"O, çox güclü və iradəlidir. Çox az kişi onun malik olduğu keyfiyyətlərə sahibdir. 2009-cu ildə mən konsertdə onun qarşısında mahnı ifa edirdim. Sonra o məni Rusiyaya dəvət etdi, amma gəlmədim. İndi isə onun xanımı olmaq istəyirəm".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az