Xalq artisti Faiq Ağayev repertuarına yeni bəstə daxil edib. Mediainfo.az-ın məlumatına görə, F.Ağayev "Zanqeyarım" adlı Talış xalq mahnısına ikinci həyat verib, onu yeni versiyada oxuyub. Mahnının Azərbaycan dilində mətni üzərində Vahid Əziz, aranjimanını isə Cavid Şirinov edib.
Xatırladaq ki, bu bəstəni geniş tamaşaçı auditoriyasına ilk dəfə ötən əsrin 60-cı illərində SSRİ-nin Xalq Artisti, dahi Rəşid Behbudov təqdim etmişdir.
Qeyd edək ki, "Zanqeyarım" talış xalqının folklor nümunəsidir, onu əkin əkərkən, bicarda işləyərkən oxuyarmışlar. Azərbaycanın cənub bölgsində yerli əhalinin şifahi dildə yaşatdığı bu folklor nümunəsi uzaq keçmişdə talış diyarında keçirilmiş, indi isə unudulmuş bir bayramın olduğundan xəbər verir. Mahnının sözləri sırf bu bayramda icra olunan mərasimlərin əksidir. Əkin-biçin nəğmələrində qorunub saxlanılan bu mərasimlərin təsviri mahnının qədimliyini sübut edir.
Talışca "zanq" ( zənq ) sözü "ay ışığının suda əksi" anlamını verir. Talış qadınları bir zamanlar öz həyat yoldaşları üçün oruc tuturmuşlar. Ay bədrlənib, suyun üzərində əksi görünəndə isə bayram edib, oruclarını açarmışlar. Mahnının mətnində bu maraqlı adət öz əksini tapır.
"Zanqeyarım" mahnısı sırf qadınla bağlı olub, qadın dilindən ifa olunduğuna görə, mətndə bəzi zəruri dəyişikliklər edilib. Bu işdə şair Əli Nasir və yazar Aytən Eyvazonun xidmətləri var. Mahnı ilə bağlı araşdırmaları isə gənc tarixçi Rəzzaq Xansıvo edib.
Şəlalə
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































