Elza konsert verdi - FOTO

Elza konsert verdi - FOTO

Əməkdar artist Elza Seyidcahan "Mən küləyin gəliniyəm" adlı konsert verib.

Konsertin aparıcısı Seyran Babayev qonaqları salamlayaraq, sözü əməkdar artist Hüsniyyə Mürvətovaya verib. O isə ağ gəlinliyi xatırladan libasla çıxıb və "Mən küləyin gəliniyəm" adlı şeiri səsləndirib. Daha sonra səhnədə əməkdar artist Elza Seyidcahan görülüb. "Ağ çiçəyim" mahnısı ilə konserti açıq elan edərək, sevilən mahnılarını oxuyub.

Onu da əlavə edək ki, multikulturalizmə həsr olunan gecədə azyaşlı modellər də səhnəyə çıxaraq qeyri-adi libaslarını nümayiş etdiriblər.

E.Seyidcahan konsertdən öncə bu sözləri söyləyib: "Bu il multikulturalizm ili elan olunub. Biz də təbiətdə var olan gözəlliklərdən ilham alaraq yaradıcılıq işləri görürük. Bu gün gənc, həvəskar modelyerlərin geyimləri nümayiş olunacaq. Mən də öz dəstəyimi onlardan əsirgəməyəcəyəm. Mərasim üçün çiçəklərdən ibarət, fərqli geyim hazırlanmışdı. Xarab olmaması üçün soyuducuya qoymuşduq. Soyuducu xarab olduğu üçün libasım zay oldu. Lakin saçıma taxacağım gül çələngi qalıb. bu gün onunla səhnəyə çıxacağam. Son vaxtlar fərqli papaqlara və saç aksessuarlarına üstünlük verirəm. Papaqlarımın həcmi günü- gündən böyüyür. Fransada tarixən zəngin ailələrdə kişilərin papaqlarının böyüklüyü işlərinin dəyərindən xəbər verirdi. Papaq qədim zamandan bizim kişilər üçün vacib olub. Mən də istəyirəm, papağın, saqqalın dəyərini indiki gənclər yaxşı bilsin".

Qeyd edək ki, gecədə rəssam Ömər Eldarov, xalq artisti Məleykə Əsədova, əməkdar artist Hüsniyyə Mürvətova, müğənni Elton Hüseynəliyev, stilist Samir Əliyev iştirak edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az