Xəbər verdiyimiz kimi, bir müddət öncə Vergilər Nazirliyi əməkdar artist Abbas Bağırovun vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılması barədə məlumat yayıb
Sözügedən məlumatdan sonra isə müğənninin ölkəni tərk etdiyi iddia olunub. Əməkdar artist iddialara sosial şəbəkədə aydınlıq gətirib.
O, borcunu ödəyəcəyini açıqlayıb:
"Hörmətli dostlar, mən ölkəni tərk etməmişəm. Əgər qadağa qoyulubsa, qadağanı da, borcumuzu da aydınlaşdırıb yoluna qoyarıq. Mən Azərbaycanda, vətənimdəyəm. Şükür Allaha ki, böyük cinayət törətməmişəm. Qanun hamı üçün varsa, mənim üçün də var. Allah hər çətin anımızda yardımçımız olsun".
Qeyd edək ki, bir müddət öncə Vergilər Nazirliyi A. Bağırovu vergi ödəmədiyi üçün 30 min manat cərimələdiyi haqda məlumatlar yaymışdı.
Müğənni isə vergi işçisinin toyuna getmədiyi üçün ona vergi borcu yazıldığını bildirmişdi: "Mənə zəng vurublar ki, sizin 30 min manat borcunuz var və siz ƏDV-yə düşdünüz. Sübutsuz və mənimlə heç bir hesabat atmadan bu addımı atdılar. Belə şey başıma birinci dəfə gəlmir. 10 min manata toya gedirəmsə, onun hamısını vergi əməkdaşı necə hesablaya bilər? Bəs mənimlə çalışan musiqiçilər nə qazanır? Çəkilən kliplərə, mahnılarımın aranjimanlarına, toyda mənimlə birgə gedən musiqiçilərin alətlərinin yenilənməsinə xərclənən pullar hardandı? Kimə şikayət edək? Belə özbaşınalıq olmaz".
Mediainfo.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



































.jpg)













