Müğənni Bülent Ersoy aktrisa rəfiqəsi Oya Aydoğanı xəstəxanada ziyarət edərkən aparıcı Lerzan Mutlunu sərt tənqid etmişdi.
"Oxu Məni" qəzetinin Türkiyə mətbuatına istinadən məlumatına görə, o, O.Aydoğanı efirdə çətin vəziyyətə saldığı üçün L.Mutlu haqda "Mən adamın canlı yayımına basqın edərəm" demişdi. Bu sözlərinə görə Ersoya qarşı "təhdid etmək" maddəsi ilə məhkəmə açılıb və 2 ilə qədər həbs olunması istənilir. İddianamədə "şübhəli" adlandırılan ifaçı haqqındakı ittihamı rədd edərək təhdid məqsədi olmadığını və canlı yayıma çıxaraq həqiqətləri danışmaq istədiyi üçün belə dediyini açıqlayıb. Beləliklə, 6 aydan 2 ilə qədər həbsi istənilən B.Ersoy hakim qarşısına çıxacaq. Qeyd edək ki, mərhum aktrisa O.Aydoğan apardığı proqramda canlı yayım zamanı digər aparıcı L.Mutlunun kobud davranışı ilə üzləşmişdi. Aktrisa xəstəxanaya düşəndən sonra B.Ersoy Mutlu haqda sərt ifadələr səsləndirmişdi.
Günel
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































