Bir müddət əvvəl Bakının Heydər Əliyev prospektində "Hyundai" və "Ferrari" markalı avtomobillərin toqquşmasını çoxları xatırlayır. Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın "Hyundai" markalı avtomobili sərxoş vəziyyətdə olan xanım sürücünün idarə etdiyi 10 SN 009 dövlət nömrə nişanlı "Ferrari" ilə toqquşmuşdu. Qəzadan dərhal sonra xanım sürücü avtomobilin nömrələrini sökərək hadisə yerindən qaçmışdı. Həmin vaxt "Ferrari"nin ilk olaraq dövlət nömrə nişanının 10 VV 200 olduğu barədə xəbər yayılsa da, bu avtomobilin tanınmış iş adamı Şərurlu İsfəndiyarın ailəsinə məxsus olduğu deyilirdi.
Criminal.az-a həmin "Ferrari"nin sükanı arxasında olan xanımla bağlı maraqlı məlumat daxil olub. Bildirilir ki, "Ferrari"nin sükanı arxasında olan xanım bir müddət əvvəl işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızı olub. Qəza zamanı həmin əraziyə "Niva" markalı maşın gəlib, naməlum şəxs "Ferrari"nin nömrələrini çıxarıb və qızı ərazidən uzaqlaşdırıb.
Xatırladaq ki, qəzadan sonra Z.Dostəliyevanın "Ferrari"nin sahibindən yeni avtomobil tələb etməsi deyilsə də, sonradan müğənni bunu təkzib etdi.
Mediainfo.az





Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































