Bakıda yerləşən Qanköçürmə xəstəxanasında xərçəng diaqnozu qoyulmuş tanınmış rejissor Şahin Zəkizadə yaşamaq uğrunda mübarizə aparır. Primetime.az-ın telefon zənginə cavab verən Şahin xəstəliyə qalib gələcəyinə çox inanır:
"Həkimlər deyir ki, qanda olan bu dərdin fəsadı özünü tez bir zamanda göstərir. Yəni, öncədən heç nəyi bilmək olmur. Nə qədər çətin olsa da, ruhdan düşmürəm. Ailəm, övladlarım, sənətdə imza atacağım uğurlarım üçün yaşamaq istəyirəm. Allahın və xeyixah insanların köməkliyi ilə bu ağır günləri geridə qoyacağıma ümid edirəm".
Rejissorun həyat yoldaşı Səbinə Zəkizadə isə həyat yoldaşının sağalması üçün tələb olunan maliyyə vəsaitinin məbləğini açıqlayıb: "Şahinin müalicəsi Türkiyədə mümkündür. İstanbula gedənə qədər müəyyən prosedurlar var ki, onu etməliyik. Həkimlər hələlik 20 min manat lazım olduğunu deyir. Biz bu məbləği toplamaq gücündə deyilik. İmkanlı şəxslərin yardım edəcəyinə inanırıq".
Medianfo.az




.jpg)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































