Almaniyada keçirilən "DAF bama Music Awards 2016"beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülən Aygün Kazımova erməni təxribatı ilə qarşılaşıb.
Xalq artisti konsertin başlamasına 3 saat qalmış məşq zamanı öyrənib ki, Almaniyanın Hamburq şəhərində keçirilən mərasimdə Ermənistanı təmsil edən müğənni Siruşonun səhnədə Azərbaycan xalq mahnısı "Sarı gəlin"-i erməni mahnısı kimi təqdim edəcəyini və məhz bu mahnını ifa edəcəyini bilib.
Bu xəbər həm Aygün Kazımovaya, həm də komandasına konsert öncəsi böyük stress yaşadıb.
Ermənilərin planının qarşısını almaq üçün Aygün Kazımova dərhal təşkilatçılardan, tədbirin rejissorundan bunun qarşısını almağı tələb edib və buna etirazını bildirib. Aygün Kazımova bildirib ki, "Sarı gəlin" Azərbaycan xalq mahnısıdır. Erməni müğənnisinin bu mahnını ifa edib, mükafat alması böyük qalmaqala səbəb olacaq. Həmçinin əlavə edib ki, ermənilər müsabiqəyə siyası don geyindirmək istəyir. Çətinliklə də olsa, Aygün Kazımova erməni müğənni Siruşonun ifasına az qalmış repertuarını dəyişdirə bilib və o, illər əvvəl ifa etdiyi "Kele-kele" mahnısını ifa etməli olub.
Səhnəyə çıxan Aygün Kazımova Azərbaycana, həmvətənlərinə və xüsusilə də, Qarabağa sevgisini yollayıb.
Qeyd edək ki, tədbirdə Ermənistanı 2 müğənni təmsil edib. (musavat)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































