Xalq artisti Aygün Kazımova ötən gün Almaniyaya yola düşüb.
Müğənnini Hamburq şəhərində "DAF BAMA Music Awards 2016" müsabiqəsinin kollektivi qarşılayıb. İfaçını üç cangüdən müşayiət edib. A.Kazımova daha sonra limuzinə minərək, otelə gedib.
Mükafatlandırma mərasimi avqustun 27-də baş tutacaq. Mərasimin rəhbərliyi A.Kazımovanın "Azərbaycanın ən yaxşı qadın sənətçisi" nominasiyasında mükafat alacağını açıqlayıb.
İfaçı komandası ilə bir neçə aydır ki, Avropanın ən yaxşı arenaları siyahısına düşən "Barclayaard Arena"nın səhnəsində möhtəşəm şou göstərməyə hazırlaşır. A.Kazımova adıçəkilən beynəlxalq mükafatlandırma mərasiminə dəvət olunan ilk azərbaycanlı sənətçidir.
Dünya ulduzları ilə bərabər qırmızı xalıdan keçəcək xalq artisinin libasını modelyer Gulya Chagtex hazırlayıb. Sənətçinin stili üzərində isə Ruxa çalışıb.
"DAF BAMA Music Awards"da Aygün Kazımovanın prodüserliyini Gürcüstanın ən məşhur prodüser və pop ifaçılarından olan Stefane Mqrebrişvili edəcək. (axşam)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































