Rusiyanın tanınmış balerinası Anastasiya Voloçkova azərbaycanlı biznesmeni qarət etməkdə günahlandırılır.
apa-nın Rusiyanın "eg.ru" saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyada əyləncələr təşkil edən agentliyin rəhbəri Dmitri Tulyaninov bildirib.
D. Tulyaninov deyib ki, biznesmen agentliyə müraciət edərək "Ulduzla şam yeməyi" layihəsi çərçivəsində 25 min dollar müqabilində balerina ilə Bakıda görüş sifariş verib, sifariş qəbul edilib.
Daha sonra adı açıqlanmayan biznesmen agentliyə şikayət edərək bildirib ki, şam yeməyinin sonunda rusiyalı balerina azərbaycanlı biznesmenə əlavə 40 min dollar qarşılığında intim xidmət təklif edib, biznesmen də razılaşıb və avans ödəyib.
Daha sonra Anastasiya Voloçkova hoteldə otağının qapısını bağlayaraq, çölə çıxmayıb, səhəri gün isə pulu da götürərək Azərbaycanı tərk edib. Biznesmen iddia edir ki, onda razılaşma ilə bağlı səs yazısı var. Balerina isə faktı təkzib edib və bunu böhtan adlandırıb.
Mediainfo.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



































.jpg)













