İnstaqramdakı paylaşmasına görə sərt tənqidlərə məruz qalan müğənni Nadir Qafarzadə səhifəsini bağlaması ilə bağlı saytlarda yer alan xəbərlərə münasibət bildirib.
"Deyirəm,mən olmasaydım, bəzi saytlar necə çörək pulu qazanıb evlərinə aparardılar? Allahım, şükür Nadirin böyüklüyünə. Yazın, yazın, yazın! Mənim sayəmdə yalanlarla dolu məqalələrinizi, savadsız oxucularınız da oxuyub, savadlansınlar! Yenə sayəmdə! Bu günlər gündəmi almışam əlimə. Bilirsiniz, el arasında mənə " İt, oynadan Nadir də deyirlər" Hətta sənətdə heç bir şey etmeyib, kaftar yaşına çatanlar da sayəmdə reklam olunmaq üçün dəridən qabıqdan çıxırlar! Var ol, Nadir! Nə yaxşı ki, varsan! Allah səni xarici yox, daxili düşmənlərdən qorusun! Dahi Nadir. Demə, erməni düşmənim deyilmiş, düşmənim öz içimdədir! Şükür Allaha ki, indi anladım".
Qeyd edək ki, müğənni Nadir Qafarzadə sosial şəbəkələrdə irad və tənqidlərə məruz qalır. Buna səbəb isə azərbaycanlıları təhqir etməsidir. Hətta vurğulayaq ki, müğənninin fikirlərinə biganə qala bilməyənlər arasında aktyor Ramiz Məlik də var. Burdan bəlli olur ki, Qafarzadənin "kaftar yaşına çatanlar" adlandırdığı şəxs kimdir.
Şəlalə
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































