"Mərhum İlhamə Quliyevanın hüquqi varisləri bacıları İradə və Gülbahardır. Məhkəmə sərvətin bölüşdürülməsi ilə bağlı onların xeyrinə qərar çıxarıb".
Bu barədə Modern.az-a açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın yaxın qohumu müğənni Əli Mirəliyev deyib.
O, İlhamə Quliyevanın sərvətinin hüquqi varisləri haqqında danışarkən "oğulluğu Orxan İlhamənin heç nəyidir" deyib.
Ə.Mirəliyevin sözlərinə görə, məhkəmənin qərarından soran varislik və sərvət iddiasına son qoyulub.
"Orxan İlhamə Quliyevanın heç nəyidir. Mən isə İlhamə Quliyevanın dayısının kürəkəniyəm. Məsələn mən o işdə kiməm ki, sərvədə iddialı olum...
İlhamə Quliyeva sadəcə olaraq mənə inanırdı və məni çox istəyirdi. Amma bu o demək deyil ki, mən sərvətə hüquqi varis olmalıyam. Hər inanılan adam varis ola bilməz. Hüquqi varislik statusu İlhamənin bacılarındadır"-deyə Əli Mirəliyev bildirib.
Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva vəfat edəndən sonra onun oğulluğu Orxan Nadirov, bacıları və yaxın qohumları arasında varislik və sərvət qalmaqalı qopmuşdu.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































