Bu gün Xəzər dənizinin Mərdəkan sahillərində yerləşən "Dalğa Beach" aqua parkında üzücü hadisə baş verib.
Övladları ilə birlikdə sözügedən məkanda istirahət edən Renka təxəllüslü rəqqasə Rəna Ağamuradovanın qızı Namilə aktraksionların birində zədə alıb.
Hadisə barəsində rəqqasə məlumat verib: "Hovuza düşən atraksionda qızımı kimsə arxadan itələyib. Qışqırığının səsini eşidib, ona köməyə qaçdım. Qızımı üzü yarılmış vəziyyətdə görəndə mən də özümü saxlaya bilməyib var gücümlə qışqırıb, ətrafdakılardan həkim çağırılmasını istədim. Olduqca bahalı olan bu məkanda cəmi bir həkim çalışır. O, da qızıma heç bir yardım göstərə bilmədi. Namiləni özüm xəstəxanaya çatdırdım. İndi üzünə tikiş vurulacaq. Amma "Dalğa Beach"in rəhbərliyindən polisə şikayət edəcəm. Lazım gələrsə, məhkəməyə gedəcəm. Bu məkanın mühafizə xidməti hara baxır? Kim kimi istəsə itələyəcək, mühafizəçilər də görməzdən gələcək? Kifayət qədər pul ödədiyimiz bir məkanı, bu qədər nəzarətsiz qoymaq olmaz". (Primetime)
Mediainfo.az


Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































