Yeni mövsümdə başlayacaq "Siyah beyaz" serialı ilə bağlı növbəti dəyişiklik edilib.
"Oxu Məni" qəzetinin Türkiyə mətbuatına istinadən məlumatına görə, 7 dəfə ssenarisi dəyişdirilən serialın ssenaristləri Sema Ergenekon və Eylem Canpolat baş rolların həyatlarında dəyişiklik ediblır. Belə ki, ilk versiyada Tuba Büyüküstün "Şirin" adlı restoranda işləyən və əmisi ölən bir qadını, Kıvanç Tatlıtuğ isə "Fərhad" adlı, restoranda işləyən qızın arxasıyca düşən "pis adam" olacaqdı. Yeni versiyada isə "Ferhat" "Başkan" adı verilən mafiya başçısının sağ əli, "Şirin" isə əslində həkim olan, lakin restoran işlədən bir qadını canlandıracaq. "Başkan" məcbur şərtlər altında "Şirin"dən tibbi yardım istəyəcək və "Ferhat"la "Şirin"in sevgisi də belə başlayacaq... "Başkan" rolunda isə Haluk Bilginerin olacağı deyilir. Lakin hər zaman həftədə 2-3 gündən çox işləmək istəmədiyini və 60 min lirədən aşağı qonorara razılaşmayan, teatra üstünlük verən aktyorun bu rolu qəbul edəcəyi şübhəlidir.
Günel
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



































.jpg)













