"Möhtəşəm yüz il: Kösəm" serialının ikinci mövsümünə daha üç məşhur daxil olub.
"Oxu Məni" qəzetinin Türkiyə mətbuatına istinadən məlumatına görə, son olaraq "Kurt Seyit ve Şura"da yer alan Farah Zeynep Abdullah, keçən mövsüm "Güllerin savaşı"nda tamaşaçı qarşısına çıxan Canan Ergüdar və "Acı aşk" serialından sonra işsiz qalan Burak Yamantürk sentyabrdan etibarən tarixi serialda yer alacaqlar.
Qeyd edək ki, yeni mövsümdə Sultan IV Muradın dövrü təsvir ediləcək. IV Muradı Metin Akdülger canlandıracaq. Keçən mövsümün "Kösəm sultan"ı Beren Saat layihədən ayrıldığı üçün onu Nurgül Yeşilçay əvəz edəcək. B.Saat sadəcə mövsümün ilk seriyasında yer alacaq və daha sonra ssenariyə görə illər sürətlə keçəcək. Eyni zamanda birinci "Möhtəşəm yüz il"də Şahzadə Mustafanı canlandıran Mehmet Günsür də "Kösəm Sultan"da Hezarfen Ahmed Çelebiyə həyat verəcək.
Xatırladaq ki. Hülya Avşar, Mete Horozoğlu, Ekin Koç, Esra Dermancıoğlu, Aslıhan Gürbüz, Tülin Özen kimi tanınmışlar serialın ilk mövsümündə çəkilmişdilər.
Günel
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































