Tanınmış azərbaycanlı müğənni Roza Zərgərli yeni ifa etdiyi "Ağ çiçəyim" mahnısını dinləyicilərin ixtiyarına verib.
Mediainfo.az-a açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi Gülnar Sultanovaya məxsus olan bəstənin seviləcəyinə əmindir:
"İstirahət mövsümü olmağına baxmayaraq, yaradıcılıq işlərimə fasilə vermirəm. Müğənninin işi mahnı oxumaqdır ki, mən də bunu hər zamana edirəm. Daim yeni mahnılar yazdırıram. Bir ara adım şou-biznesdə olan qalmaqallarda hallandı. Bu cür söz-söhbətlər mənim ürəyimcə olmadı. Şükür ki, indi hər şey qaydasındadır. Yeni ifa etdiyim "Ağ çiçəyim" mahnısının seviləcəyinə inanıram".
Qeyd edək ki, "Ağ çiçəyim" adlı bəstənin aranjiman işini Elvin Musayev həyata keçirib. Şou-biznesdə eyni adlı mahnını mərhum xalq artisti İlhamə Quliyevadan savayı, xalq artisti Brilliant Dadaşova, əməkdar artist Elza Seyidcahan da oxuyub.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































