Tanınmış aktyor Müşviq Şahverdiyev, baş rolunu canlandıracağı "Gizlənpaç" filminin çəkiliş meydançasında çətin anlar yaşayıb. Qəflətən halı pisləşən aktyor, təcili tibbi yardımla Mərkəzi Gömrük Hospitalına aparılıb.
Filmin icraçı prodüseri Vüqar Şəfiyev, saytımızda açıqlamasında xəbəri belə təsdiqlədi: "Hər şey bir göz qırpımında baş verdi. Çəkiliş zamanı Müşviqin qan təyziqi qalxdı və halı pisləşdi. Təcili tibbi yardım çağırdıq və həkimlər onu Gömrük xəstəxanasına apardılar. Gecəni komanda olaraq xəstəxana keçirdik. Çox şükür səhərə qədər vəziyyəti yaxşılaşdı. Çəkilişlər ağır olduğu üçün, Müşviq telefonlarını sondürüb, bir günlük dincəlmək məcburiyyətində qaldı. Sabahdan tam qüvvə ilə "Gizlənpaç"ın çəkilişləri davam edəcək". (Primetime.az)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































