Rəqsanə şortikini müzakirə edənlərin cavabını verdi - FOTO

Rəqsanə şortikini müzakirə edənlərin cavabını verdi - FOTO

Müğənni Rəqsanə İsmayılovanın İnstaqram səhifəsində izləyiciləri ilə qarşıdurması yaşanıb. Belə ki, onu geyimi, səsi olmaması ilə qınayanlara müğənnidən mədəni formada cavab gəlib:

"Düşündüm bu İnstaqram-da bir-iki adama cavab verim, sonra dedim boş ver. Hələ anlamırlar, sonra başa düşərlər. Mənim çəkimə düşmək üçün dözüm, iradə, səbr lazımdır. İkinci, mənim saçım anadangəlmə seyrəkdir. 1979-cu il təvəllüdlüyəm, yaşımı siz hesablayın. Nə edim, bütün günü yemək yeyib, qarşınıza üç-dörd mərtəbə çıxım? O ki qaldı geyimimə... Şortik geyinmək eyibdirsə, siz geyinməyin".

İfaçı məşq zamanı paylaşdığı videoları qınayanlara və səsinin olmadığını söyləyənlərə bunları deyib:

"Mənim səsim olmasa, əlimə mikrofon almaram. Sizinlə paylaşdığım videolar isə məşqdəndir. Burada olan aparat yüksək keyfiyyət verə bilməz. Məni istəyən də, istəməyən də sağ olsun. Mənim insanlığım, sadəliyim, təmizliyim imkan vermir ki, sizin qəlbinizə dəyim".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az