Nüfuzlu "Forbes" dərgisi dünyada ən gəlirli məşhurların reytinqini açıqlayıb.
apa-nın "lenta.ru"ya istinadən verdiyi xəbərə görə, amerikalı müğənni Teylor Svift ildə 170 milyon dollar gəlirlə reytinq cədvəlinə başçılıq edir.
İkinci yeri analoji müddət ərzində 110 milyon dollar qazanan "One Direction" qrupu tutub. Üçüncü sırada isə 95 milyonluq gəlirlə yazıçı Ceyms Patterson qərarlaşıb.
Madridin "Real" klubunun portuqaliyalı ulduzu Kristiano Ronaldo və psixoloq Fil Makqrou dördüncü sıradadırlar. "Forbes"ın hesablamalarına görə, onlar hər ikisi bir il ərzində 88 milyon dollar qazanıblar.
İlk onluqda adları olan digər məşhurlar arasında isə gülüş ustası Kevin Hart, teleaparıcı Hovard Stern, futbol ulduzu Lionel Messi və müğənni Adelin adları var.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































