Ukraynada 5 şəhər "Eurovision-2017’ Mahnı Müsabiqəsinin keçirilməsi üçün Ukrayna Milli Teleşirkətinə müraciət edib.
Bunu müsabiqənin təşkilinə məsul olan Ukrayna Milli Teleşirkətinin rəhbəri Zurab Alasaniya açıqlayıb.
Z. Alasaniya "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Kiyev, Lvov, Dnepr, Odessa və Xarkov artıq "Eurovision-2017’ Mahnı Müsabiqəsini qəbul etməklə bağlı müraciət edib. Müraciətlərə cavab olaraq onlara müsabiqənin şərtləri təqdim edilib.
Qeyd edək ki, bu il Stokholmda keçirilən "Eurovision-2016" Mahnı Müsabiqəsində Ukrayna təmsilçisi Cəmilə (Suzana Camaləddinova) qalib gəlib. İyunun 24-də Ukraynada "Eurovision-2017" Mahnı Müsabiqəsinin keçiriləcəyi şəhərin müəyyənləşdirilməsi üçün rəsmi prosedura start verilib. Bu proses avqustun 1-ə kimi başa çatmalıdır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































