ABŞ Dövlət Katibi Con Kerri və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi, amerikalı aktrisa Ancelina Coli "Dünya Qaçqınlar Günü" münasibətilə iftar qonaqlığında iştirak edib.
Nitqinə "Salamun Əleykum" deyərək başlayan Kerri bütün müsəlman dünyasını müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edib. Con Kerri insanlar arasında din və ya milli mənsubiyyətə görə ayrı seçkilik salmağın doğru olmadığını deyib. Qaçqınların cəmiyyətin daxilindəki hər hansı bir qrupdan daha təhlükəli olmadığını ifadə edən Kerri bu cür halların ABŞ dəyərləri ilə uyğun gəlmədiyini deyib: "Müsəlmanlara qarşı nifrət terrorçu qrupların xeyrinə işləyir. ABŞ və İslam arasında sanki bir müharibə varmış kimi abı-hava yaratmağa çalışırlar. Halbuki müsəlmanlar heç bir ölkədə burdakı kimi azad yaşamır".
Aktrisa isə müxtəlif dinə mənsub insanlarla birlikdə iftar süfrəsində iştirak etməkdən məmnun olduğunu bildirib. O, qaçqın sayının artdığını və bu məsələdə hər bir ölkənin daha çox məsuliyyətlə davranmalı olduğunu deyib: "İnsanlar bərabər doğulub və hər kəs bərabər hüquqlara malikdir. Bəzi insanların digərlərindən daha dəyərli olduğunu düşünmək demokratik ölkələrə yaraşmaz!"
Fərqli dinlərin nümayəndələrinin iştirak etdiyi iftar süfrəsində axşam azanını ABŞ ordusunda xidmət edən müsəlman bir əsgərin oxuması isə diqqəti çəkib.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































