Müğənni Şəbnəm Tovuzlunun MTN-ə aparılması məsələsində adı hallanan iş adamı Famil Xəlilov musavat.com saytına müsahibə verib.
Biznesmen həbsdə olan MTN generalı Akif Çovdarovla ortaq olduğu, Ş.Tovuzlunun məcburi şəkildə MTN-ə aparıldığı barədə iddialara münasibət bildirib.
"Evrostroy-S" şirkətinin sahiblərindən biri olan Famil Xəlilov müsahibəsində Ş.Tovuzlu barədə suallara cavab vermək istəməyib: "Xahiş edirəm, Şəbnəm haqda mənə sual verməyin, onun adını hallandırmayın".
Biznesmen Akif Çovdarovla şərik olması barədə deyilənlərə də münasibət bildirib. O deyib ki, Akif Çovdarovun "heç sifətini tanımır".
İş adamı MTN-ə aparılması barədə də danışıb. O bildirib ki, keçmiş şəriki R.Q-dan MTN-ə şikayət edilibmiş, o da bu vasitə ilə MTN-ə gedib: "Ondan MTN-ə şikayət eləmişdilər. O da MTN-dən zəng elədi, məni çağırtdırdı. Orada məndən pul istədilər. Dedim, vermirəm. 150 min pul aldılar, bizi buraxdılar".
Biznesmenin sözlərinə görə, MTN-də pulun kimə verildiyini bilmir, çünki pulu o yox, ortağı verib. Məhz bu səbəbdən də generalların həbsindən sonra onlardan şiklayət etməyib".
Qeyd edək ki, bir neçə gün müğənni Şəbnəm Tovuzlunun MTN-ə aparılması barədə mətbuatda xəbərlər yayılmışdı. Xəbərdə bildirilirdi ki, müğənninin birlikdə yaşadığı şəxs MTN generalı Akif Çovdarovla dostluğundan istifadə edərək onu nazirliyə aparıb, orada müğənniyə verdiyi 3 otaqlı evi zorla ondan alıblar.
İfaçı özü isəm mətbuata açıqlamasında xəbəri yalanlamışdı: "Bütün bunlar yalandır, heç vaxt belə bir şey olmayıb. Sadəcə birgə yaşadığım insanla aramızda problemimiz olub, bitib".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)



















































