Rusiyanın populyar reperi Timati konsert zamanı pərəstişkarlarından birinin burnunu sındırıb.
Reper səhnədə çıxışı zamanı əlindəki yarım litrlik pivə şüşəsini pərəstişkarlarına doğru atıb. O, nə qədər ehtiyatlı davransa da, şüşə rikoşet ilə qızlardan birinin burnuna dəyib.
Hadisə Yekaterinburqda olub. Zərər çəkmiş xanım konserti axıra kimi izləyib. Konsertin təşkilatçıları burnu sınmış qadına kömək göstərib. Qadın xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, qadının beyin sirkələnməsi olub. Konsert təşkilatçıları ilə qız arasında təzminatla bağlı müzakirələr gedir. Məlumata görə, qadın təşkilatçılardan hələlik heç nə tələb etməyib. Timati bu barədə şərh etməyib.
Timati ilk dəfə Rusiyada yayımlanan "Fabrika zvyozd 4" (Ulduz fabriki 4) mahnı müsabiqəsində məşhurlaşıb. "Ne sxodi s uma" (Ağlını itirmə), "London", "Devoçka bomba" ("Bomba qız"), "Vse konçaetsya" (Hər şey bitir), "Badımcan" və s. mahnıları ilə populyarlıq qazanıb. Timati Çeçenistanın prezidenti Ramzan Kadırov ilə dostur. Timati meyxanadan ilhamlandığı "Davay dosvidaniya" adlı klipindən sonra Azərbaycanda da sevilməyə başlayıb.
Onu da əlavə edək ki, Timatinin yaxın həmkar dostlarından biri də azərbaycanlı müğənni EMİN Ağalarovdur. (ans)
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































