Bu gün prodüser Tarix Əliyevin (Tolik) doğum günüdür. Tanınmış prodüser bu münasibətlə sabah paytaxt məkanlarının birində ziyafət təşkil edəcək. Özəl gününə say-seçmə dostlarını dəvət edən Tolik doğum günündə təəəsüratlarını bu cür dilə gətirdi: "Bu gün 37 yaşıma çatıram. Hər kəsə təşəkkürümü bildirmək istəyirəm ki, məni olduğum kimi qəbul edirsiniz. İnsan həyatda özünə çox şey arzulayır. Şükür Allaha ki, arzuladığım çox şey həyata keçib, kiçik hissəsi qalıb. Heç vaxt milyonçu olmaq, təyyarə almaq istəməmişəm. Valideynlərimin və özümün can sağlığını, məni istəyən dostlarımın olmasını arzulamışam. Baxmayaraq ki, ailəm, övladım yoxdur, amma sevənlərim var. Onlar mənim ailəm kimidirlər".
Qeyd edək ki, Tarix Əliyev 1979-cü ildə Bakı şəhərində anadan olub. Bir dəfə ailəli olub, boşanıb. Şou-biznesdə ilk olaraq əməkdar artist Röya ilə çalışıb. Bundan başqa xalq artisti Aygün Kazımova, Rəqsanə İsmayılova, Sevda Yahyayeva və digər tanınmışarla işbirliyində olub. Hazırda Sevil və Sevinc Səfərova bacıları və Elton Hüseynəliyevlə işləyir. Dağıstan Respublikasının "əməkdar incəsənət işçisidir". (lent)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































