2012-ci il 11 sentyabrda ABŞ-ın Liviyadakı səfiri Kristofer Stevansın öldürülməsindən bəhs edən "13 Saat: Benqazinin gizli əsgərləri" ("13 Hours: Secret Solduyar of Benghazi") filmində rüsvayçılığa yol verilib.
Filmdə ön plandakı terrorçulardan birinə Türkiyə bayraqlı forma geyindirilib.
Türk bayraqlı terrorçu az qala hər kritik səhnədə iştirak edir. Filmin 36-cı dəqiqəsində isə səfirlik binasına nəzarət edən şəxslərdən biri də türk bayraqlı forma geyinən terrorçudur.
Qeyd edək ki, ABŞ-da çəkilən, islamiyyəti və Həzrət Məhəmmədi (s.ə.s) təhqir edən, islamı "xərçəng" adlandlıran "Müsəlmanların məsumiyyəti" ("Innocence of Muslims") adlı filmə etiraz edən insanlar 11 sentyabr 2012-ci il axşam saatlarında Benqazidə ABŞ səfirinin qaldığı binanın qarşısında etiraz nümayişinə başlayıb. Qısa müddət ərzində nəzarətdən çıxan insanlar səfirlik binasına qumbaralar və RPG-7 minaatanla hücum ediblər. Səfiri tapa bilməyən "Əl-Qaidə" terror təşkilatına bağlı "Ensaruş Şeria" qrupunun üzvləri binanı yandırıblar. Bu zaman səfir tüstünün içində qalıb.
Səfir tüstüdən boğulmuş halda Benqazi Tibb Mərkəzinə aparılıb. Lakin 1,5 saatdan sonra həyatını itirib. Səhərə qədər davam edən qarşıdurmalardan sonra səfir və digər 3 səfirlik əməkdaşının həyatını itirdiyi açıqlanıb.
Ömər Dağlı
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































