Əməkdar artist Firuzə İbadova xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov barəsində Bakı şəhər Baş Prokurorluğuna şikayət edib.
Bu barədə açıqlama verən F.İbadova bildirib ki, O.Nadirov onun 4500 manatını qaytarmadığına görə bu addımı atıb: "Hazırda özümü elə də yaxşı hiss etmirəm. Jurnalistlərdən çox xahiş edirəm ki, bu mövzu barədə mənə daha sual verməsinlər. Çünki hazırda iş gedir. Orxana dedim ki, pulumu qaytarmasan, Baş Prokurorluğa şikayət edəcəm, o da dedi ki, "ver". Mən də buna görə üç gün öncə onun barəsində şikayət ərizəsini yazdım. Daha bundan sonra heç kim məni narahat etməsin".
F.İbadova onu da əlavə edib ki, O.Nadirova görə şəxsən Bakı şəhər Baş Prokuroru Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət ünvanlayıb.
Qeyd edək ki, F.İbadova Lent.az-a açıqlamasında bildirmişdi ki, O.Nadirov dostu Vüqar Bəkirovla birgə ondan 7 min manat pul alıblar və həmin məbləğin 2500 manatını qaytarıblar. (Lent)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































