"Eurovision”nun təşkilatçıları erməninin müraciətini rədd etdi

"Eurovision”nun təşkilatçıları erməninin müraciətini rədd etdi

"Ukrayna qalibdir və qalib qalacaq"

"Eurovision 2016"nın təşkilatçıları Change.org saytında müsabiqənin nəticələrinə yenidən baxılması ilə bağlı petisiya yerləşdirən əslən erməni olan Artur Ovannisyana cavab verib.

Bu barədə məlumat "Eurovision"nun rəsmi Facebook səhifəsində yerləşdirilib.

Təşkilatçılar qərara alıblar ki, Ukrayna müsabiqənin qalib olaraq qalacaq.

"Biz başa düşürük ki, "Eurovision 2016"nın nəticələri ilə razı olmayanlar var. Qeyd edək ki, qaliblər subyektiv və şəxsi fikir əsasında müəyyən edilir. Bu səbəbdən yarışmanın nəticələrindən ilə razı qalmayan insanlar həmişə olur", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, mayın 15-də Change.org saytında "Eurovision 2016" beynəlxalq mahnı müsabiqəsinin nəticələrinə yenidən baxılması ilə bağlı petisiya yerləşdirilib. Petisiyanın müəllifi kimi Yerevandan olan Artur Ovannisyan göstərilib.

Mayın 14-də İsveçin paytaxtı Stokholm şəhərində keçirilən 61-ci "Eurovision-2016" beynəlxalq mahnı müsabiqəsinin qalibi Ukrayna olub. (oxu)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az