"Eurovision-2016"da Ukraynanı qalib edən Camalə Stokholmdan Kiyevə qayıdıb.
O, paytaxtda qəhrəman kimi qarşılanıb. İzdihamın qarşısına çıxan ifaçı Krım tatarlarının deportasiyası haqda olan mahnı haqda "bu, mənim və ailəmin tarixidir" deyib.
Müğənninin anası isə life.ru saytına müsahibəsində Camalənin qələbəsindən əmin olduğunu bildirib. Qalina Tumasova qızının da özü kimi deportasiya olunmuş ailədə böyüdüyünü vurğulayıb:
"Mənim atam da Ermənistandan Orta Asiyaya köçürülmüşdü. Eləcə də, həyat yoldaşımın ailəsi də deportasiya olunub. Qızım bu mahnıyla deyil, opera səsini daha yaxşı göstərə biləcək bir ifayla "Eurovision"a getməliydi. Amma seçim turlarında Camalə "1944" mahnısıyla bütün münsifləri ağlatmışdı. Bundan sonra prodüser Konstantin Meladze qərar verdi ki, Ukraynanı bu mahnı təmsil etsin".
Qeyd edək ki, ermənilər Krım tatarı olan Camalənin türkcə ifasına görə, yarımfinalda onun çıxışını kəsmişdilər. Hazırda isə onlar mahnının siyasi olduğunu deyərək Camalənin əlindən çempionluğun alınması üçün imza toplayırlar.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































