"Eurovision"-un qalibi Camala: "Mən erməniyəm, erməniləri çox sevirəm"

"Eurovision"-un qalibi Camala: "Mən erməniyəm, erməniləri çox sevirəm"

Eurovision-2016 mahnı müsabiqəsinin qalibi, Ukraynanı təmsil edən Camala qələbəsinə sevinir, triumfunun onun üçün çox xoş, amma gözlənilməz və sürpriz olduğunu deyib.

Camala qələbəsini ermənilərə də həsr etdiyini söyləyib:

"Müsəlman və tatar olsam da, damarımda axan qanın yarısı erməni qanıdır və deyə bilərəm ki, erməniyəm. Erməniləri, Ermənistanı çox sevirəm. Babamın tarixi vətəni Dağlıq Qarabağdır. Əfsuslar olsun ki, hələ orada olmamışam. Ermənistanda iki gün oldum, oranı çox bəyəndim. Məni Eurovision-da dəstəkləyən ermənilərə də dərin minnətdarlığımı bildirirəm", - Camala deyib.

32 yaşlı Camala Eurovision-2016-da Krım tatarlarının sovet illərində deportasiyasına həsr olunmuş "1944" mahnısını ifa edib.

Bu müğənninin əsl ad və soyadı Susanna Alimovna Camaladdinovadır.
Qırğızıstanın Oş şəhərində anadan olmuş Susannanın atası Krım tatarı Alim Ayyaroviç Camaladdinov, anası isə Qalina Mixaylovna Tumasyandır.

2009-cı ildə "Novaya volna"mahnı müsabiqəsinə qalib gələndən sonra Susanna Camaladdinova Rusiyanın "Komsomolskaya Pravda" qəzetinə verdiyi müsahibəsində anasının erməni olduğunu ilk dəfə mediaya bəyan etmişdi. (milli)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az