Stokholmda Globe Arenada keçirilən "Eurovision-2016" mahnı müsabiqəsindən sonra mətbuat konfransı keçirilib.
"1944" adlı mahnı ilə Ukraynanı təmsil edən, Krım tatarı Jamala jurnalistlərin suallarına cavab verib. Qalib bildirib ki, uğur qazandığı üçün çox xoşbəxtdir: " Hazırda qürur hissi keçirirəm. "Eurovision"da iştirak etmək məsuliyyətli işdir, üzərimə düşən vəzifəni layiqincə yerinə yetirdim. Mən qalib gələcəyimə deyil, Allaha inanırdım. Çox xoşbəxtəm. Krımların başına gələn faciəni bir daha dünyaya çatdırdım. Həyatda ədalət varsa, həqiqətləri insanlara çatdırmaq lazımdır "1944" insanların illər boyu çəkdiyi əzab-əziyyətdən bəhs edir. Bu mahnının qalib gəlməsi insanların acımıza ortaq olması deməkdir. Bəstədə insanların gücü var".
"Eurovision-2017"-in Krımda keçirilməsini istərdinizmi?" sualına Jamala "Bu mümkün deyil. Müsabiqə Ukraynada keçiriləcək" cavabını verib.
Sonda təmsilçiyə Ukraynanın ev sahibliyi etməsi üçün"Eurovision"-ın sənədləri təqdim edilib. (musavat)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































