Mayın 14-də Stokholmun "Globe" arenasında keçirilən "Eurovision-2016" mahnı müsabiqəsinin qalibi müəyyən edilib.
"Eurovision 2016" mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında Ukrayna təmsilçisi Camala olub. O, Krım tatarlarının deportasiyasına həsr olunmuş "1944" mahnısını ifa edərək, 534 xalla birincilik əldə edib. Azərbaycan təmsilçisi Səmra Rəhimli isə 117 xal toplayaraq müsabiqədə 14 yeri tutub.
Qeyd edək ki, Rusiya və İsveç Azərbaycana 10 xal verib.
Bosniya, Malta, İspaniya, Niderland, Yunanıstan və Makedoniya -1, Kipr və Belarus -2 xal, Ukrayna və Macarıstan – 7 xal verib (44 bal).
Tamaşaçı səsverməsi Azərbaycana əlavə 73 xal gətirib. Beləliklə, Azərbaycan təmsilçisi Səmra Rəhimli müsabiqədə 117 xal toplayıb.
Azərbaycan isə 8 balı Bolqarıstana, 10 balı Ukraynaya, 12 balı isə Rusiyaya verib.
Ukrayna 534 , Avstraliya 511, Rusiya 491 xalla "Eurovision 2016" mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar.
Qeyd edək ki, İsveçdə keçirilən 61-ci "Eurovision" mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib. "Eurovision 2016" mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər. Azərbaycan təmsilçisi Səmra Rəhimli səhnəyə 4-cü çıxaraq "Miracle" mahnısını səsləndirib.
Beləliklə, "Eurovision 2017" yarışması Ukraynada baş tutacaq.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































