Azərbaycan Xarici İşlər Nazirliyi də Stokholmda keçirilən "Eurovision-2016" mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağını yarışmanın keçirdiyi məkana gətirməsinə münasibət bildirib.
XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib ki, "Eurovision" müsabiqəsinin Azərbaycan üzrə Təşkilat Komitəsi məsələni araşdırır:
"Bu məsələ Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də araşdırılacaq. Daha sonra bununla bağlı müsabiqənin təşkilat komitəsinə müraciət ediləcək. Göründüyü kimi Ermənistan "Eurovision" mahnı yarışmasında da təxribata əl atıb. Mahnı müsabiqəsinin platformasından istifadə edərək Azərbaycanın işğal altındakı torpaqlarında elan edilən qondarma rejimi təşviq edir. Ermənistanın bu cəhdləri yarışmanın təməl prinsiplərinə, ideyalarına ziddir".
Qeyd edək ki, faktla bağlı müsabiqənin prodüseri Sven Stojanovic jurnalistlərə bildirib ki, erməni ifaçının bu bayrağı zala gətirməsi qanunsuzdur və məsələ ilə bağlı Avropa Yayımları Birliyi araşdırma aparacaq.
Ermənistanın yarışmada təmsilçisi olan İveta Mukucçyan isə bu addımı nədən atması ilə bağlı xarici jurnalistlərin suallarını belə cavablandırıb:
"Mən bu sualı gözləyirdim, lakin gəlin unutmayaq ki, mən öz ölkəmi təmsil edirəm və mənim hisslərim, ürəyimin hər anı ona həsr olunub. Mən bütün dünyaya bəyan etmək istəyirəm ki, öz sərhədlərimizdə ancaq sülh istəyirəm, Ermənistan sülh istəyir. (qafqazinfo)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































