Stokholmda keçirilən "Eurovision-2016" mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı Iveta Mukuchyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağını yarışmanın keçirdiyi məkana gətirərək, Avropa Yayımları Birliyinin qaydalarını pozub. Bu pozuntuya görə araşdırma aparılacaq.
Bu barədə məlumatı İsveçin ən böyük gündəlik nəşrlərindən biri olan "Expressen" qəzeti baş səhifədə yayımlayıb.
Məlumatda deyilir ki, bir qədər əvvəl müsabiqənin təşkilatçıları tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikası"nın da daxil olduğu separatçıların bayrağının konsert zalına gətirilməsini qadağan edən qərar verilib. Sonradan bu qərar ləğv edildi. Yalnız bir şərtlə ki, müsabiqəyə gətirilən bayraqlardan siyasi bəyanat məqsədilə istifadə olunmasın.
Qaydalara məhəl qoymayan erməni ifaçı qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağını müsabiqə zalına gətirib. Lakin baş verən pozuntunu vaxtında görən müsabiqə təşkilatçıları lazimi tədbir görərək bayrağı Iveta Mukuchyanın əlindən alıb.
Hadisə ilə bağlı müsabiqənin prodüseri Sven Stojanovic jurnalistlərə bildirib ki, erməni ifaçının bu bayrağı zala gətirməsi qanunsuzdur və məsələ ilə bağlı Avropa Yayımları Birliyi araşdırma aparacaq.
Tədbirin meneceri Sietse Bakker öz növbəsində deyib: "Biz çox aydın şəkildə öz siyasətimizi ifadə etmişik, biz siyasi bəyanat ola biləcək bayraqları və ya münaqişəni təsvir edən rəmzləri mahnı müsabiqəsinin keçirildiyi məkanda görmək istəmirik".
Sietse Bakker "Aftobladet" qəzetinə müsahibəsində bildirib ki, bayraq siyasi bəyanat vermək üçün istifadə edilib. Bu artıq bir cinayət ola bilər".
Məlumatlarda o da qeyd olunur ki, Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olan regiondur və bu ərazi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. (azərtac)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































