ATV-dən Kamran Həsənliyə cavab gəldi

ATV-dən  Kamran Həsənliyə cavab gəldi

Teleaparıcı, şoumen Kamran Həsənli "Yeni Müsavat" qəzetinə müsahibəsi zamanı televiziyaları sərt şəkildə tənqid edib. O bildirib ki, hazırda televiziyalarda qeyri-peşəkar kadrlar üstünlük təşkil edir: "Televiziyada peşəkarlar azdır, onlar idarəçilikdən kənarda qalıblar. Cəbhədə yaşanan gərginlik zamanı televiziyamızın tutduğu yola nəzər salsaq, hər şey aydın olar. Bir televiziyanın cəbhəyə toy makyajında, geyimində müğənni aparması, əsgərin də uniformada rəqs etməsi vətənpərvərliyi təbliğ etmir. Bu anti-təbliğatdır, faciədir. Cəbhədə yaşananlar efirdə öz əksini tapmadı, vətənpərvərlik verilişləri göstərilmədi. Televiziya rəhbəri bu işi anlamırsa, o vətənpərvərliklə bağlı təbliğat apara bilməz. Hazırda televiziyalarımız əsasən toyxana verir".

Kamran Həsənlinin fikirləri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkədə müzakirələrə səbəb olub. Musavat.com teleaparıcının fikirlərinə münasibət öyrənmək üçün telekanalların məsul şəxsləri ilə əlaqə saxlayıb. ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mayis Məmmədov bildirib ki, teleaparıcının iradları ANS-ə aid deyil: "Bizim öz yolumuz var. Digər telekanallar barədə heç nə deyə bilmərəm. Kamran müsahibəsində də qeyd edib ki, ANS-in televiziya siyasəti fərqlidir. Kamran bizimlə çalışıb, ANS-ə daha yaxından bələddir. Ona təşəkkür edirəm ki, bizi tənqid etməyib".

ATV-nin xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu:

"Kamran televiziyaları tənqid etməklə gündəmə gəlmək istəyir. Ona cavab verib onu gündəmdə saxlamaq istəmirəm. Sadəcə olaraq, aprel ayında ATV-də vətənpərvərliklə bağlı yayımlanan verilişləri görməmək kor olmaq deməkdir. Bizim qədər vətənpərvərlik rolikləri, proqramları efirə verən telekanal olmadı. Biz bütün əyləncəli proqramları yığışdırmışdıq. Bütün diqqəti cəbhəyə yönləndirmişdik, hər saat xəbər verirdik, xüsusi reportajlar hazırlayırdıq. Bütün bunları kim idi edən? Kamranın sözlərində sadəcə qərəz var".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az