“Eurovision” iştirakçımız xaric oxudu - Azərbaycan sondan 3-cü oldu - VİDEO

“Eurovision” iştirakçımız xaric oxudu - Azərbaycan sondan 3-cü oldu - VİDEO

Stokholmdakı "Globen Arena"da "Eurovision" iştirakçılarının məşqlərinə start verilib.

1-ci yarımfinalda iştirak edən 18 ölkə nümayəndəsi mahnılarını canlı ifa edib, səhnə şousu göstəriblər. 1-ci yarımfinal iştirakçılarının bir qismi mayın 3-ü, digərləri isə mayın 4-ü məşqlərə başlayıblar. Azərbaycan təmsilçisi Səmra Rəhimli isə "Eurovision" səhnəsində may ayının 4-də məşq etməyə başlayıb. S.Rəhimlinin səsinin yerində olmaması və "Miracle"ni xaric oxuması eskpertlərin verdiyi səsdə özünü göstərib. Məşq prosesindən sonra mətbuat konfransı keçirilib, Azərbaycan təmsilçisi jurnalistlərin suallarını cavablandırarkən xəstə olduğunu söyləyib. Daha sonra eskpertlərin səsvermə nəticələri açıqlanıb. Ən yaxşı ifa edən müğənni Çex Respublikası təmsilçisi Gabriella Gunçikova olub. O, 110 səs toplayaraq liderlik kürsüsündə əyləşib. İkinci sırada isə səhnədə yarıçılpaq şou göstərən Ermənistan təmsilçisi İveta Muçukyan olub. Müğənni 92 bal toplayaraq ən yaxşı canlı ifa edən iştirakçılar sırasına daxil olmağı bacarıb. Azərbaycan təmsilçisi Səmra Rəhimlinin uğursuz çıxışı 5 bal toplaması ilə nəticələnərək siyahıda axırdan 3-cü sırada öz yerini tapıb. 1-ci yarımfinal ölkələri sırasında ən az səs toplayan Moldova təmsilçisi Lidia Isac olub. (Qafqazinfo)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az