Əməkdar artist Aygün Bəylərin bir müddət öncə itkin düşən əmisi oğlu hələ də tapılmayıb. Onun tapılması üçün anası və nənəsi ATV-nin "BizimləSƏN" verilişinə müraciət edib.
Verilişdə göz yaşları tökən ana oğlunun atası öləndən sonra aqressivləşdiyini və evdən qaçdığını deyib. Verilişdə o da bildirilib ki, oğlan ailəsinin sevdiyi qadınla evlənməsinə razılıq vermədiyi üçün evdən gedib. Onu sevgilisinin yaşadığı Köhnə Suraxanıda görənlər də olub.
Qeyd edək ki, Aygün Bəylər ötən il mətbuata açıqlamasında əmoğlusunun evdən getməsinə ailəsi ilə fikirlərinin üst-üstə düşməməsinin səbəb olduğunu demişdi.
Müğənninin sözlərinə görə, əmioğlusu ikiuşaqlı qadına vurulub, onunla evlənmək niyyətindəymiş. Amma ailəsi bu işə razılıq verməyib: "Əmioğlum qəribə uşaqdır. Onu yalnız mən başa düşürdüm. Bir də görürdün iki-üç uşaqlı qadına vuruldu. Valideynləri də onu anlamırdı. Amma gəlsin, mən onun bütün arzularını yerinə yetirəcəyəm". (publika)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































